ASELSAN-ın satış dövriyyəsi artıb

ASELSAN-ın satış dövriyyəsi artıb

Türkiyənin ASELSAN şirkətinin 2020-ci ilin ilk rübü üçün dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq 2,6 milyard Türk lirəsinə (TL) çatıb.

Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.

ASELSAN-ın ümumi mənfəəti keçən ilin birinci rübü ilə müqayisədə 61% artıb. Şirkətin xalis mənfəəti bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46% artaraq 920 milyon TL səviyyəsinə çatıb.

ASELSAN 2020-ci ildə istehsal etdiyi məhsullarına yeni məhsullar əlavə etməyə və bu çərçivədə yeni sifarişlər almağa davam edib. 2020-ci ilin birinci rübündə alınan sifarişlərin miqdarı 350 milyon ABŞ dolları, balans sifarişləri isə 9,7 milyard ABŞ dolları olub.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün bildirib ki, dünyanın çətin bir prosesdən keçdiyi 2020-ci ilin birinci rübünü ASELSAN güclü dövriyyə və gəlirlə başa vurub: “2020-ci ilin birinci rübünün sonuna 14,5 milyard TL-ə çatan öz mənbələrimiz balans hesabatımızın 55% -ni təşkil edir. Beynəlxalq aləmdə fəaliyyət göstərən oxşar şirkətlər və Türkiyədəki bir çox sənaye şirkətləri ilə müqayisədə kapitalımız çox güclüdür.

2020-ci ilin əvvəlindən etibarən tərəfdaşlarımızı və tədarükçülərimizi maddi cəhətdən dəstəkləmək üçün atıla biləcək hər bir addımı həyata keçirdik. Bu çərçivədə, təchizatçılarımıza təxminən 5 milyard TL ödəməklə onların davamlılığına töhfə verdik”.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş