ASELSAN-ın “Serdar” TƏİR sistemi – FOTO

ASELSAN-ın “Serdar” TƏİR sistemi – FOTO

Türkiyənin ASELSAN şirkəti “Serdar” tank əleyhinə raket sisteminin taktiki-texniki xüsusiyyətləri barədə paylaşım edib.

ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, “Serdar” tank əleyhinə raket sistemi yerüstü hədəflərə qarşı effektiv istifadə edilməkdən ötrü hazırlanıb.

“Serdar” sistemi 7,62 mm PKM və 12,7 mm NSV pulemyotları, həmçinin 2 və ya 4 ədəd RK-2S “SKIF” (“Stuqna-P”), 9M133 “Kornet” və s. kimi tank əleyhinə idarə olunan raketlərlə təchiz edilmiş məsafədən idarə olunan sabitləşdirilmiş bir platformadır. Platforma, operatorun zirehli avtomobildə və ya uzaq bir yerdə olmasına imkan verərək, özündə yüksək dəqiqlikli kəşfiyyat, nişanalma və hədəfi izləmə imkanlarını effektiv atəş gücü ilə birləşdirir.

Sistem, sabit platformalarda istifadə edilməməsi şərti ilə, müxtəlif taktiki təkərli və tırtıllı yerüstü nəqliyyat vasitələrində iftifadə üçün. Stabilləşdirmə, avtomatik hədəf izləmə və qabaqcıl ballistik hesablama xüsusiyyətləri ilə hərəkətdə olarkən sabit və hərəkətli hədəflərə atəş etmək imkanı verir. Termal və gündüz televiziya kamerası, habelə lazer hədəfgöstərici sayəsində gecə-gündüz və hər cür hava şəraitində sistemin işləmə qabiliyyəti təmin edilir. Taktiki kompyüter nəzarətli atəşi idarəetmə sistemi və ballistik hesablayıcı, habelə sonuncu sursat xəbərdaredicisi ilə təchiz edilib. Əməliyyata və atışa qadağan olunmuş zonaları tanıma imkanı mövcuddur.

Sistem müştərinin tələbinə əsasən 2 və ya 4 ədəd raket daşımaq, eləcə də raketlərin yanında sistemə yaxın qorunma məqsədi ilə inteqrasiya olunmuş 7,62 mm-lik və / və ya 12,7 mm-lik pulemyot quraşdırılmaq üçün uyğunlaşdırıla bilir. Sistem yüngül, az həcmlidir və həm yeni istehsal olunan, həm də silahlanmada olan yüksək keçidlikli nəqliyyat vasitələrinə quraşdırılmaq imkanına sahibdir. Sistem operator paneli vasitəsilə idarə olunur və xarici sensorlarla inteqrasiya edilə bilir.

Kompleksin Türkiyənin “NurolMakina” şirkətinin “EjderYalçın III 4×4” zirehli avtomobilinin şassisində yerləşdirilmiş variantı artıq Qətərə ixrac edilmişdir. Beləki, 100 ədəd “Yörük 4×4” və 400 ədəd “Ejder Yalçın 4×4” zirehli avtomobillərinin alışı müqaviləsi çərçivəsində sözügedən komplekslərdən də alınmışdır. 2 və ya 4 ədəd atəşə hazır tank əleyhinə raketlə dəstləşdirilən “Serdar” sisteminin əsas silahı 12,7 mm-lik NSV pulemyotu (döyüş dəsti 200 patron), ikinci silahı 7,62 mm-lik PKM pulemyotudur (döyüş dəsti 400 patron). Sistemin tuşlama bucaqları şaquli müstəvidə -15O … +45O , üfüqi müstəvidə 360O təşkil edir. “Serdar” sistemi ətraf mühitin -32OC…+55OC temperaturda istifadə edilə bilir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş