ASELSAN-ın yeni müəssisəsinin açılışı olub

ASELSAN-ın yeni müəssisəsinin açılışı olub

Noyabrın 12-də Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan yeni sistemin təqdimatı keçirilib, həmçinin şirkətinin yeni müəssisəsinin açılış mərasimi olub.

Bu barədə “Azeri Defence” saytı Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki böyük uğurlarından danışıb.

Ərdoğan bildirib ki, 2002-ci ildə ölkə üzrə 62 müdafiə sənayesi layihəsi olduğu halda hazırda onların sayı 700-ə çatıb. Son 5 ildə 350 yeni müdafiə sənayesi layihəsinin icrasına başlanılıb.

“Bununla da ölkəyə qarşı gizli və açıq şəkildə tətbiq olunan embarqoların təsiri dəf edilib. Bütün istehsal gücü yerli mühəndislər tərəfindən tənzimlənir”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş