ASELSAN-ın yeni REM sistemi istifadəyə verilib – VİDEO

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış “Karakulak” pelenqasiya və dinləmə sistemi istifadəyə hazırdır.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ASELSAN şirkətinin yeni müəssisəsinin açılışında bildirib.

“Bu gün bu sistemlərdən birinin təhvilini gerçəkləşdirdik. Elektron hərbdə bizə çox böyük güc qatacaq “Karakulak” istifadəyə hazırdır”, – deyə Türkiyə Prezidenti bəyan edib.

İki operator tərəfindən idarə olunan “Karakulak” sistemi HF dalğa diapazonunda pelenqasiya və dinləmə, siqnalların təsbiti və analizinin aparılması, tapşırıqların əvvəlcədən planlaşdırılması və əməliyyatların sonradan analizi imkanlarına sahibdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş