ASELSAN işçi sayını artırır

ASELSAN işçi sayını artırır

Türkiyənin ASELSAN şirkətinin əməkdaşlarının sayı 8106 nəfərə çatıb.

ASELSAN şirkətindən “AzeriDefence”ə verilən məlumata görə, 2020-ci ilin fevral ayından etibarən 541 nəfər şirkətə işə qəbul olunub. İlin sonuna qədər 1300 nəfərin ASELSAN ailəsinə daxil ediləcəyi planlaşdırılır.

Türkiyənin ən böyük müdafiə elektronikası şirkəti olan ASELSAN, rabitə və informasiya texnologiyaları, radar və elektron hərb sistemləri, elektro-optik, aviyonika, insansız sistemlər, quru, dəniz və silah sistemləri, hava hücumundan müdafiə və raket sistemləri, komanda nəzarət sistemləri, o cümlədən nəqliyyat, təhlükəsizlik, avtomatlaşdırma və sağlamlıq texnologiyalarını əhatə edən geniş çeşiddə məhsullar hazırlayır və istehsal edir.

ASELSAN-da son olaraq 201 mühəndis, 307 texnik və 33 mütəxəssis işlə təmin olunub. Mühəndislərin 59% -i dizayn və elmi-tədqiqat sahələrində, 12% -i proqram menecmentində, 29% -i logistika, istehsal, idarəetmə dəstəyi, keyfiyyət və biznes inkişafı sahələrində işləyir.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün bildirib ki, ASELSAN-ın istehsal etdiyi hər bir məhsul işçilərin ideyaları, əməyi və dizaynı əsasında ərsəyə gəlir.

“2020 il kimi çox çətin və qeyri-müəyyən bir ildə də ASELSAN ailəsi böyüməyə davam edir. Davamlı iş planlarımızı ara vermədən davam etdirə bilsək, bunun səbəbini çalışqan, dəyərli ASELSAN işçilərinə aid etmək istərdim. Ən qabaqcıl texnologiyanı güclü komanda olaraq inkişaf etdirərək hər yeni həmkarımızın ailəmizə qoşulması ilə milli maraqlarımızın böyük müdafiəçilərindən biri olmağa davam edəcəyik”, – deyə baş direktor Haluk Görgün vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş