ASELSAN “Kangal” antidron sistemin sifarişçiyə çatdırılmasına başlayıb

ASELSAN “Kangal” antidron sistemin sifarişçiyə çatdırılmasına başlayıb

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən “Kangal” qarışdırma və koraltma (Jammer) sisteminin sifarişçiyə çatdırılmasına başlanılıb.

Bu barədə “AzeriDefence” “Anadolu Ajansı”na istinadən məlumat verib.

“Kangal” sisteminin tədarükü ASELSAN ilə Müdafiə Sənaye Komitəsi (SSB) arasında 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirilir.

Müqaviləyə əsasən ASELSAN şirkəti Türkiyənin Əmniyyət Baş İdarəsi və Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə daşına bilən “Kangal” sisteminin seriyalı istehsalına başlayıb.

Müqavilə çərçivəsində “Kangal” sisteminin tədarükünün qısa müddət ərzində tamamlanması planlaşdırılıb.

“Kangal” qarışdırma və koraltma sistemi radiodalğalarla idarə olunan əldəqayırma partlayıcılara qarşı və infrastrukturların pilotsuz uçuş aparatlarından (PUA) qorunmasında tədbiq olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş