ASELSAN Malayziya şirkəti ilə niyyət protokolu imzaladı

 

DSA-2016 sərgisi çərçivəsində Türkiyənin ASELSAN şirkəti ilə Malayziyanın K DEFENSETECH SDN BHD firması arasında niyyət protokolu imzalayıb.

“AzereDefence”nin məlumatına görə, imzalanan sənəd çərçivəsində iki firma, ASELSAN-ın uzaqdan idarə olunan silah sistemlərini Malayziya və digər region ölkələrində satışını həyata keçirəcək.

Qeyd edək ki, ASELSAN 2015-ci ilin sentyabr ayında Malayziya Sahil Təhlükəsizlik Komandanlığının uzaqdan idarə olunan silah sistemləri layihəsini qazanmışdı. Layihə çərçivəsində, Malayziya Sahil Təhlükəsizlik Komandanlığının yeni patrul katerləri ASELSAN istehsalı olan 30 mm çaplı “Mühafiz” uzaqdan idarə olunan silah sistemləri ilə təchiz olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş