ASELSAN MİLKAR-5A5 sistemini “Kirpi” MRAP-na inteqrasiya etdi

Türkiyənin ASELSAN şirkətinin istehsal etdiyi Aktiv və Passiv Konvoy Qoruma Sistemi (MİLKAR-5A5) “Kirpi” MRAP maşınlarına inteqrasiya edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “ASELSAN Dərgisi”nin son sayında dərc olunmuş xəbərdə bildirilib.

MİLKAR-5A5 sisteminin MRAP üzərində sınaqları və performans nümayişi uğurla nəticələnib və Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Sistemə təhdidlərin müəyyənləşdirilməsi və izlənilməsi üçün radar, elektro-optik müşahidə cihazları, təhdidin qarşısının alınması və zərərsizləşdirilməsi üçün radioelektron qarışdırma və aldatma avadanlığı, habelə bütün bu avadanlıqların inteqrasiyasını təmin edən komanda-nəzarət mərkəzi daxildir.

MİLKAR-5A5 sistemi Silahlı Qüvvələrinin inventarında yer alan digər qarışdırma sistemlərindən üstün xüsusiyyətlərə sahibdir.

Məlumatda o da qeyd olunur ki, MİLKAR-5A5 sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarında ilk və tək qarışdırma sistemi olmaqla yanaşı dünya miqyasında da üstün sistemlərdən sayılır.

Sistemin təyin edilən təhdidin qeydiyatını aparmaq və analiz etmək qabiliyyəti var. Bununla da kəşfiyyat üçün məlumatlar əldə olunur.

kirpi-milkar2

KATEQORIYA:
Bu xəbəri paylaş