ASELSAN multikopterləri Türk Ordusunun silahlanmasına daxil olur

Türkiyənin ASELSAN və STM şirkətləri arasında Silahlı Qüvvələrin multikopterlərlə təchiz edilməsinə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

İmzalanmış 33 milyon  862 min ABŞ dolları dəyərində müqavilə çərçivəsində ASELSAN 2017-ci ildə Türkiyə Silahlı Qüvvələrinə 499 ədəd hərbi standartlara cavab verən “Altınay” adlı multokopterin çatdırılmasını təmin edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş