ASELSAN Polşa ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Türkiyənin ASELSAN şirkəti MSPO-2015 sərgisi çərçivəsində Polşada özünün müxtəlif məhsullarını sərgiləyib və bu ölkənin müdafiə sənayesi təşkilatları ilə əməkdaşlıq məsələrini müzakirə edib.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Sərgidə ASELSAN başda Raket Buraxıcı Sistem olmaqla, rabitə, elektro-optik, avionk, radar sistemləri, uzaqdan idarə olunan silahlarını, habelə radioelektron mübarizə vasitələrini nümayiş etdirib.

Polşanın Tank Modernizasiyası və Hava Hücumundan Müdafiə Sistemlərinin Tədarükü layihəsinə namizəd olan ASELSAN sərgi çərçivəsində Polşanın yerli müdafiə firmaları ilə davamlı əməkdaşlıq modelinin yaradılmasına dair konfransın təşkilatçısı olub.

Sərgi çərçivəsində ASELSAN-la Polşa müdafiə sənayesinin lokomotivi olan PGZ (Polish Armament Group) arasında əməkdaşlığın başladılmasına dair yüksək səviyyəli görüş keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş