ASELSAN Qazaxıstanda istehsala başladı – FOTO

Astana şəhərində Türkiyənin ASELSAN şirkəti ilə Qazaxıstanın Kazakhstan Engineering şirkətinin birgə qurduğu Kazakhstan ASELSAN Engineering (KAE) firmasının zavodu açılıb. Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zavod Qazaxıstan Silahlı Qüvvələri ehtiyaclarının qarşılanması və ixracat məqsədi ilə silahlar üçün gecə görmə sistemləri (gözlük, durbin), gündüz görmə sistemləri, optik nişangahlar, termal kameralar istehsal olunacaq.

Müəssisənin açılış mərasimində Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov və Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz iştirak edib.



KATEQORIYA:
Bu xəbəri paylaş