ASELSAN SARP-ın ixracına dair 11.9 milyon dollarlıq müqavilə imzaladı

Türkiyənin ASELSAN şirkəti SARP uzaqdan idarəetməli döyüş modulunun ixracına dair müqavilə bağlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müqaviləni ASELSAN İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) elan edib.

Şirkətin yaydığı açıqlamada ASELSAN ilə bir xarici müştəri arasında, avqustun 13-də SARP silah sisteminin tadarükünə dair 11 milyon 900 min ABŞ dolları dəyərində müqavilənin imzalandığı qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş