ASELSAN Səudiyyə Ərəbistanında yeni nəsil rabitə sistemlərinin istehsalına başlayacaq

Türkiyənin ASELSAN şirkəti Səudiyyə Ərəbistanının hərbi sənaye kompleksi ilə birgə rabitə sistemləri yaradacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.

ASELSAN şirkəti Səudiyyə Ərəbistanında yeni nəsil rabitə sistemlərinin istehsalını həyata keçirəcək.

Xəbərdə o da qeyd olunub ki, buna qədər də Səudiyyə Ərəbistanı rabitə sistemlərini ASELSAN şirkətindən sifariş edib. Son alğı-satqı müqaviləsinin dəyəri 85 milyon ABŞ dolları təşkil edib. Müqavilə üzrə rabitə sistemlərinin çatdırılması 2014-2016-cı illərdə həyata keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş