ASELSAN şirkəti ASELPOD sistemlərini sifarişçiyə çatdırıb

ASELSAN şirkəti ASELPOD sistemlərini sifarişçiyə çatdırıb

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən ASELPOD elektro-optik hədəfləmə sisteminin tədarükü davam edir.

“AzeriDefence”nin Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ASELPOD elektro-optik hədəfləmə sisteminin növbəti partiyası Hərbi Hava Qüvvələrinin istismarına verilib.

Bildirilib ki, ASELPOD daha əvvəl xaricdən təmin edilən sistemlərin yerini alıb. Hazırda ASELSAN şirkəti ölkə daxili və xarici sifarişlər əsasında intensiv olaraq ASELPOD sistemlərinin istehsalını həyata keçirir.

Məlumatda o da qeyd olunub ki, bu günə qədər 10-dan artıq ASELPOD elektro-optik hədəfləmə sistemi dost və müttəfiq ölkəyə ixrac edilib.

Təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 220 kiloqram, uzunluğu 240 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Qının ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır.

ASELPOD ehtiyac duyulduqda lazer işıqlandırmasını da həyata keçirir. System eyni zamanda 4 hədəfi təqib etməyi bacarır. Lazer məsafəölçən ilə NATO RRF kodlarını istifadə edərək hədəflər işarələnə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş