ASELSAN şirkəti NATO ölkəsi ilə satış müqaviləsi imzalayıb

ASELSAN şirkəti NATO ölkəsi ilə satış müqaviləsi imzalayıb

Tütkiyənin ASELSAN şirkəti adı açıqlanmayan NATO ölkəsi ilə “Sarp” döyüş modulu və “Seda” akustik atış yerini təsbit sistemlərinin tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.

Bildirilib ki, bu yeni ixrac müqaviləsi ilə ASELSAN tərəfindən hazırlanan və istehsal olunan döyüş modullarının satıldığı ölkələrin sayı 20-yə çatıb.

ASELSAN bu günə qədər 3000-dən çox döyüş modulunu istehsal edərək sifarişçiyə təhvil verib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş