ASELSAN şirkəti İR detektorların istehsalına başladı

ASELSAN şirkəti milli imkanlar hesabına infraqırmızı detektorların istehsalına başlayır. “AzeriDefence”nin xəbərinə görə, ASELSAN və Orta Doğu Texniki Universitetinin (ODTÜ) 15 il ərzində apardığı araşdırma və tədqiqatların nəticəsi olaraq bu gün ASELSAN-da infraqırmızı (İR) detektorların istehsal xətti istifadəyə verilib.

Bununla da Türkiyə dünyada İR detektorlarını istehsal edən 6-cı ölkə olur.

İR detektorlar termal kameraların ən vacib elementlərindəndir. Mikro və nano ölçülü yüz minlərlə qəbuledicidən ibarət olan detektorlar görmə şəraitinin zəif olduğu şəraitlərdə cismlərin çox zəif istiliyini qəbul edərək gözlə görünə bilməyən hədəfləri görməni təmin edir.

Açılış mərasiminə başda Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz olmaqla müxtəlif qurumların nümayəndələri qatılıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş