ASELSAN snayperin yerini təsbit edən detektor yaradıb – FOTO

Türkiyənin ASELSAN şirkəti düşmən atıcılarının yerini təsbit edə bilən KNATS (Kəskin Nişançı Atış Təsbit Sistemi) adlı akustik detektor hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, detektor hündür dirək üzərinə montaj olunmuş yüksək həssaslığa malik mikrofonlardan və proqram təminatıından ibarətdir.

ASELSAN mütəxəssislərinin sözlərinə görə, KNATS atış zamanı silahdan çıxan güllələrin yaratdığı səs dalğalarını qeydə alaraq onun istiqamətini və atıcının yerini yüksək dəqiqliklə təsbit edir. Atıcının yeri üç ölçülü formatda, dəqiqliklə operatora bildirilir. Cihaz qısa reaksiya müddəti, müxtəlif ərazi və iqlim şərtlərində çalışa bilməsi, istifadəçi kompüteri ilə Ethernet üzərindən əlaqə yaratma, atış bilgilərini sonradan analiz üçün qeydə alma kimi imkanlara malikdir.

KNATS bütün mikrofonlardan alınan bilgiləri eyni zamanda istifadəçi interfeysində izlənə bilməsi imkanı ilə analoqlarından fərqlənir və 24 saat fasiləsiz çalışa bilir. Müxtəif obyektlərin qorunması üçün nəzərdə tutulan detektor həm sabit obyektlərdə, həm də nəqliyyat vasitələrinin üzərinə yerləşdirilə bilər.

60-15000 Hz tezliklərdə çalışa bilən KNATS silahın tipinə uyğun olaraq atış yerini müxtəlif məsafələrdən təyin edir. Sistemin çəkisi 25 kiloqramdır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş