ASELSAN təhlükəsizlik qüvvələrinə rekord sayda elektro-optik sistem çatdırıb

ASELSAN təhlükəsizlik qüvvələrinə rekord sayda elektro-optik sistem çatdırıb

Türkiyənin ASELSAN şirkəti tərəfində istehsal edilən 1000 ədəd “Doruk” elektro-optik sensor sistemi və 960 ədəd “Timsah” termal silah durbini təhlükəsizlik qüvvələrinə çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin aylıq bülletenində bildirilib.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün iştirakı ilə keçirilən mərasimdə elektro-optik sahədə rekord sayda cihaz təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“Doruk” elektro-optik sensor sistemi təhlükəsizlik qüvvələrinin ehtiyaclarının qarşılanması məqsədilə əldə, üç ayaqlı dayaq üstündə və uzaqdan idarəolunan konfiqurasiyalarda hazırlanıb.

“Doruk” elektro-optik sensor sistemi hüquq-mühafizə və sərhəd mühafizəsi fəaliyyətlərində, o cümlədən xüsusi təyinatlı qüvvələrdə, sərhədyanı əməliyyatlarda, artilleriya bölmələrinin yönləndirilməsində, koordinatın hesablanmasında, habelə düşmənin təsbit edilməsində kəşfiyyat və müşahidə məqsədi ilə istifadə oluna bilər.

“Timsah” termal silah durbini soyutmasız mikrobolometr detektora sahib infraqırmızı görüntü cihazıdır. “Timsah” durbini bölmələrin istifadə məqsədinə uyğun olaraq, fərqli tüfəng və mənzil uzaqlığına görə, müxtəlif konfiqurasiyalarda tədarük edilir. Tüfəngin üzərinə quraşdırılan termal silah durbini əsasən xüsusi təyinatlı qüvvələr tərəfindən sərhədyanı əməliyyatlar üçün istifadə edilən elektro-optik cihazlardan biridir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş