ASELSAN Türkiyənin ilk milli rabitə baza stansiyasını yaradıb

ASELSAN şirkəti tərəfindən Türkiyənin ilk milli rabitə baza stansiyası hazırlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “twitter” səhifəsində bildirilib.

“Ulak” (Qasid) layihəsi çərçivəsində hazırlanan 4,5G baza stansiyası 2017-ci il martın sonunda istifadəyə veriləcək.

Məlumatda o da qeyd olunub ki, 4,5G baza stansiyası ticarət mobil rabitə şəbəkələri, dövlət təhlükəsizliyi sistemləri, təcili rabitə şəbəkələri və hərbi rabitə sistemlərində istifadə edilmək üçün hazırlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş