ASELSAN Türkiyənin Milli Helikopterinin aviyonik dəstini hazırlayacaq

ASELSAN şirkəti Türkiyənin Milli Helikopterinin aviyonik sistemlərini hazırlayacaq.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Milli helikopterin aviyonik sistemlərinin hazırlanması və inteqrasiyası ilə bağlı avqustun 5-də ASELSAN və TUSAŞ arasında müqavilə imzalanıb.

Hazırlanacaq aviyonik dəstin hazırda dünya bazarında var olan və ya hazırlanmaqda olan aviyonik dəstlər arasında ən müasiri olması hədəflənir.

Türkiyənin Milli Helikopteri ilk uçuşunu 2018-ci ildə edəcək. Mülki konfiqurasiyalı helikopter EASA və Mülki Aviasiya Baş İdarəsinin, hərbi konfiqurasiya isə SSM tərəfindən sertifikatlaşdırılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş