ASELSAN Ukraynaya hərbi rabitə vasitələrinin ixracını tamamlayıb

ASELSAN Ukraynaya hərbi rabitə vasitələrinin ixracını tamamlayıb

Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal olunan rabitə vasitələrinin Ukrayna Silahlı Qüvvələrinə ixracı tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “ASELSAN Dərgisi”nin son sayında dərc olunmuş xəbərdə bildirilib.

ASELSAN ilə Ukraynanın “Spets Techno Export” şirkəti arasında hərbi rabitə vasitələrinin ixracına dair ilk müqavilə 2016-cı ilin dekabrında imzalanıb.

Müqavilə çərçivəsində bu günə qədər Ukrayna Ordusuna bir çox ASELSAN istehsalı olan rabitə vasitələri tədarük edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş