ASELSAN və HAVELSAN Türkiyədən keçən boru kəmərlərinin təhlükəsizlik sistemlərini hazırlayacaq

Türkiyənin HAVELSAN ve ASELSAN şirkətləri Boru Kəmərlərinin Təhlükəsizliyi layihəsinin həyata keçirilməsinə dair Müdafiə Sənayesi Katibliyi (SSM) ilə müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” HAVELSAN şirkətinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində HAVELSAN ve ASELSAN şirkətləri tərəfindən BOTAŞ şirkətinə məxsus boru kəmərlərinin təhlükəsizliyini təmin edən sistemlər hazırlanacaq.

Dəyəri 80 milyon dollar olan layihənin 2021-ci ildə tamamlanması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş