ASELSAN yeni elektron tapançasının atış sınaqlarını keçirib

ASELSAN yeni elektron tapançasının atış sınaqlarını keçirib

Türkiyənin ASELSAN şirkətinin Elektron Tapança Hazırlama Layihəsi çərçivəsində ərsəyə gətirdiyi yeni silahın ilk atəş sınaqları keçirilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, sınaq zamanı 4.32 kilovat gücə sahib elektron şüa ilə vakuum altında yerləşən 2 sm qalınlığındakı mis test piltəsi vurulub.

10 saniyə davam edən elektron şüanın təsiri ilə mis lövhədə təxminən 1.5 millimetr diametrində ərimiş oyuq əmələ gəlib.

Növbəti dəfə elektron tapança ilə 1.2 mm qalınlığındakı alüminium lövhə üzərində test atışları icra edilib. 90 kilovat gərginliyə və 10 milliamper dəyərlərə sahib elekton şüanın təsiri ilə alüminium lövhə üzərində 1 sm genişliyində deşik yaranıb.

Məlumatda o da qeyd edilib ki, elektron tapançanın prototipinin bu il ərzində növbəti atəş sınaqları keçiriləcək.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş