ASELSAN yeni rabitə sisteminin qəbul testlərini tamamlayıb

ASELSAN yeni rabitə sisteminin qəbul testlərini tamamlayıb

Türkiyənin ASELSAN şirkəti tərəfindən yaradılmış Geniş Diapazon Dalğa Şəklinin (Geniş Bant Dalğa Şekli – GBDŞ) qəbul testləri uğurla tamamlanıb.

“Azeri Defence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsi sosial media hesabında məlumat yayıb.

GBDŞ eyni anda səs və verillənlərin birləşdirilməsini həyata keçirərək, taktik sahədə ehtiyac duyulan radiostansiya sayı ilə tezlik diapazonları ehtiyacını azaldacaq.

İP əsaslı rabitə dəstəklənsə də, tək bir dövrdə 150-ə qədər istifadəçiyə xidmət göstəriləcək, əlavə avadanlıq istifadə edilmədən məlumatlar müxtəlif dövrlər arasında avtomatik olaraq ötürüləcək, ucdan uca şifrələmə və radioelektron mübarizə vasitələrinə qarşı yüksək tezlikli atlama sürəti təmin ediləcəkdir.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş