ASELSAN yeni X-Ray cihazının istehsalına başlayır

ASELSAN yeni X-Ray cihazının istehsalına başlayır

Türkiyənin ASELSAN şirkəti ilə TÜBİTAK Marmara Araşdırma Mərkəzi (MAM) arasında “Terahertz” (THz) real vaxt rejimində sərnişin görüntüləmə sisteminin yaradılması layihəsinə dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Anadolu” agentliyinə istinadən məlumat verilib.

Layihə çərçivəsində THz quraşdırılmış qəbuledici  TÜBİTAK MAM, Digər aparat və proqram təminatlarının hazırlanması və sistem inteqrasiyası ASELSAN tərəfindən həyata keçiriləcək. Məhsulun kommersiya hüququ ASELSAN-a məxsus olacaq.

THz real vaxt sərnişin görüntüləmə sistemi insan bədənində gizlədilən partlayıcı qurğular, tapança, tüfəng, bıçaq kimi silahlar və narkotik, tütün, siqaret, ət və alkoqol kimi qaçaq əşyaları insan bədənindən yayılan təbii THz radiasiya vasitəsi ilə aşkar edir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, passiv şəkildə işləyən cihaz, bədəndə gişlədilən əşyaları təbii THz radiasiyasından istifadə edərək təsbit etdiyi üçün insan sağlamlığına zərər vermir. Buna görə, cihaz hamilə və uşaq sərnişin yoxlamalarındə da istifadə edilə bilər.

Dünyada az sayda ölkə tərəfindən hazırlanan cihaz, analoqlarından daha üstün görüntüləmə qabiliyyətinə malikdir.

Sistemin hava limanları, metro stansiyaları, avtobus terminalları, qatar stansiyaları, sərhəd keçid məntəqələri, kritik obyektlər, ticarət mərkəzləri, təhlükəsizliyin ön planda olduğu digər yerlərdə geniş istifadəsi nəzərdə tutulur.

Sözügedən sistem sayəsində, paltarın altında gizlədilən təhlükəli metal və metal olmayan əşyalar 6 metrdən 3 santimetrə qədər məsafədən təyin olunacaq.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş