ASELSAN zenit toplarında yeniliyə imza atır – EKSKLÜZİV

Türkiyənin ASELSAN şirkətinin FNSS ZMA-30 tır-tırlı nəqliyyat platforması üzərində hazırladığı “Qorqud” zenit topları proqramlaşdırılmış mərmilərlə atəş açacaq. Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətinin baş direktoru Faiq Eken məlumat verib.

Onun sözlərinə görə, ASELSAN tərəfindən aparılmış işlər nəticəsində 35 mm çaplı 2 lüləli zenit topları radarla bir kompleks şəklində çalışır. Radarlar hava hədəflərini 30 km-dək məsafədən təsbit etməklə yanaşı silahı hədəfə istiqamətləndirir. Hazırlanmış xüsusi proqram hədəfə qədər məsafəni hesablayaraq, mərmilərin hədəfin hansı məsafəsində partladılmasını təmin edəcək.

Helikopter, təyyarə, pilotsuz uçuş aparatı və aşağı məsafədən uçan raketlərə qarşı tətbiq oluna biləcək “Qorqud” sistemi 3 ölçülü radara, İFF sisteminə, qabaqcıl silah seçimi alqoritmlərinə, avtomatik sursat ötürmə sisteminə, radarlarla yanaşı elektro-optik sistemlərə və müasir atış-kontrol sisteminı sahibdir.

“Qorqud”un öz sinfində modern bir aşağı yüksəklikdə hava hücumundan müdafiə silahı olduğunu deyən şirkət rəhbəri bu sistemin bir növ hərəkətli birliklər və sabit obyektlər üzərində “qalxan” yaradacağını söyləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş