ATƏT-in monitorinqi insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Peter Svedberq, Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim, qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirib.

Hər iki tərəfdə aparılan monitorinq insidentsiz başa çatıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş