ATK XM25-i inkişaf etdirəcək – FOTO

ATK şirkəti ABŞ Ordusu üçün XM25 yarı avtomatik airburst sistemini (ISAAS) inkişaf etdirəcək. Bu barədə “AzeriDefence” ATK şirkətinin saytına istinadən məlumat verib.

Silahın inkişaf etdirilməsi və yeni modifikasiyasının yaradılması məqsədi ilə ATK ABŞ Ordusundan 16.8 mln.dollar dəyərində sifariş alıb. ATK şirkətinin baş direktoru Bryus Devittin sözlərinə görə, şirkət hazırda silahın istehsalına başlamağa hazırlaşır.

“XM25 Əfqanıstanda aparılan qiymətləndirmələrdə ABŞ əsgərləri tərəfindən bəyənilib”, -deyə Devitt əlavə edib.

XM25 ISAAS yarıavtomatik, portativ qumbara buraxılış qurğusudur. Bu silahdakı 25 mm-lik çipli qumbaranı atıcı məsafədən yönəldə və partlada bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş