ATL məlumatların ötürülməsi üçün mobil genişzolaqlı sistemi təqdim edib

AT Electronic and Communication International (ATL) şirkəti məlumatların ötürülməsi üçün yeni mobil genişzolaqlı sistemlərini təqdim edib. “AzeriDefence”nin şirkətin saytına istinadən verdiyi məlumata görə, bu sistemlər müxtəlif hökumət strukturları, hərbi, xilasetmə xidmətləri və kəşfiyyat üçün mükəmməl mobil komanda mərkəzi ola bilər.

ATL Mobil genişzolaqlı sistemi baza stansiyaları arasında 90 kilometrə qədər məsafəyə 100 Mbit/saniyə sürətlə videonun və səsin ötürülməsini dəstəkləyən lokal mobil simsiz rabitə yaradır. Sistem yük avtomobilləri, xüsusi platformalar, furqonlar, yüksək keçicilik qabiliyyətinə maliik maşınlar daxil olmaqla nəqliyyat vasitələrində qurula bilər.

Lokal şəbəkələr 10 metrik pnevmatik dirək, ya 20 metrlik bucurğadlı dirək istifadə etməklə TDM, İP, WiFi ya WiMAX kimi konfiqurasiya oluna bilər. Genişləndirilmiş seçəcəklər həmçinin avtomatik mövqe tutan dirəyi özündə birləşdirir. Bu da şəbəkəni genişləndirməyə, bir neçə saniyə ərzində rabitəni yaratmağa, eyni zamanda konfidensial şəbəkə yaratmaq üçün kodlaşdırma aparmağa imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş