“Atmaca” gəmi əleyhinə raket hədəfi 200 kilometrdən vurub

“Atmaca” gəmi əleyhinə raket hədəfi 200 kilometrdən vurub

Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan “Atmaca” gəmi əleyhinə raketin növbəti sınaqları keçirilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında bildirib.

İ.Dəmir bildirib ki, sınaqlar zamanı “Atmaca” raket 200+ km məsafədəki hədəfi yüksək dəqiqliklə vuraraq funksiyalarını mükəmməl formada yerinə yetirib. İ.Dəmir onu da əlavə edib ki, Türkiyə “Atmaca” gəmi əleyhinə raketi silahlanmaya daxil etməyə hazırlaşır.

Qeyd edək ki, “Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi Dəniz Qüvvələrləri tələbləri üzrə 2005-ci ildə ROKETSAN şirkəti tərəfindən başlanılıb. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini isə ASELSAN şirkəti hazırlayıb. Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. “Atmaca”nın Türkiyə HDQ-nin invertarında yer alan Amerikanın “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb.

Xarici görünüşcə “Atmaca” Amerikanın “Harpoon” raketinə bənzəyir. “Atmaca” raketin atış uzaqlığı 200+ km, çəkisi 800 kq-dır. “Harpoon” raketinin isə atış mənzili 140 km, ağırlığı 691 kq təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş