“Atmaca” gəmi əleyhinə raketin sınaqları keçirilib

Türkiyədə yaradılan “Atmaca” gəmi əleyhinə raketin ilk poliqon sınaqlarının görüntüsü yayınmlanıb.

Bu barədə “AzeriDefence” “turkishnavy.net” saytına istinadən məlumat verib.

Sayın ehtimalına görə, raketin sınaqları 2016-cı ildə başlanılıb.

“Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi-Dəniz Qüvvələrləri tələbləri üzrə 2005-ci ildə ROKETSAN şirkəti tərəfindən başlanılıb. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini isə ASELSAN şirkəti hazırlayır.

Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Xarici görünüşcə “Atmaca” Amerikan “Harpoon” raketinə bənzəyir.

KATEQORIYA:
Bu xəbəri paylaş