ATOM proqramlaşdırılan atəş yığımının seriyalı istehsalı davam edir

ATOM proqramlaşdırılan atəş yığımının seriyalı istehsalı davam edir

Türkiyənin ASELSAN şirkəti tərəfindən ATOM adlı 35 mm çaplı proqramlaşdırıla bilən qəlpəli atəş yığımlarının seriyalı istehsalı davam edir.

Azeri Defence saytının məlumatına görə, bu barədə “ASELSAN Dərgisi”nin son sayında dərc olunmuş xəbərdə bildirilib.

35 mm-lik proqramlaşdırıla bilən atəş yığımının daxilində partlayıcı zəncirinin atışdan əvvəl aktivləşməsinin qarşısını almaq məqsədilə yüksək etibarlılığa sahib təhlükəsizlik və proqramlama mexanizmi yerləşdirilib.

Klassik atəş yığımları ilə müqayisədə daha effektiv olan sursatın uçacağı məsafə, trayektoriya və partlama anı silah üzərindəki avadanlıqlarla hesablanır və lazım olan nöqtədə partlayış mexanizmi işə salınır. Partlayan döyüş başlığı daxilində yer alan volfram elementinin konus şəkilli dağıdıcı hissəcikləri hədəfi havada məhv edir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş