ATR-dən bir il ərzində 157 təyyarə

ATR şirkəti 2011-ci ildə 157 təyyarə satışını reallaşdırıb. Bunlardan 13-ü “ATR- 42”, 144-ü isə “ATR- 72” tipli təyyarələrdir. Bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Bu təyyarələr 18 müştəriyə satılıb və onlardan 10-u yeni müştərilərdir.

Qeyd edək ki, 1981-ci ildə istehsala başlayan ATR şirkəti bu günədək 90 ölkədən 186 operatora təxminən 1 200 təyyarə satıb. ATR təyyarələrinin indiyədək 21 milyondan çox uçuş saatı olub.

Qeyd edək ki, ATR-in səhmdarları “Alenia Aermacchi” (“Finmeccanica” qrupu şirkəti) və EADS-dır.

KATEQORIYA:
Bu xəbəri paylaş