ATV-nin sabiq prezidenti Amerika radarlarının satışına başladı

ATV telekanalının keçmiş sahibi Tağı İbrahimovun Türkiyədə təsis etdiyi “Elibra Qlobal” şirkəti Azərbaycan da daxil olmaqla bölgə ölkələrinə Amerikanın “Spotter” şirkətinin mini yerüstü müşahidə radarlarının satışına çalışır.

“AzeriDefence”nin məlumatına görə, “Spotter” şirkətinin regional təmsilçisi qismində çıxış edən “Elibra” bu yaxınlarda Azərbaycanın hərbi qurumlarına da “Spotter RF” radarının təqdimatını keçirib.

Şirkətin saytında yerləşdirdiyi məlumata görə, “Spotter RF2 radarı 30 metrdən 1.5 km-dək radiusda bütün hərəkətli hədəfləri təsbit və təqib edə bilir. C550 modeli 0.11 m/saniyə sürətlə hərəkət edən hədəfləri 850 metr məsafədən təyin etməyi bacarır.

Qeyd edək ki, “Elibra Qlobal” şirkəti eyni zamanda Amerikanın “Bell” şirkətinin regional təmsilçisidir. Şirkət Azərbaycana hazır texnologiyalar satışı istiqamətində çalışır.

KATEQORIYA:
Bu xəbəri paylaş