“Austal” şirkəti 6 ədəd “Cape” kateri inşa edəcək

“Austal” şirkəti 6 ədəd “Cape” kateri inşa edəcək

“Austal” şirkəti Avstraliya Hərbi Dəniz Qüvvələri (RAN) üçün 6 ədəd “Cape” sinif patrul katerinin inşasına dair müqavilə bağlayıb.

Bu barədə “AzeriDefence” “Austal” şirkətinin rəsmi saytına istinadən məlumat verib.

6 ədəd “Cape” katerinin inşası və təchizatı proqramı 350 milyon AUD (225 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir.

“Cape” katerləri “Austal”ın Qərbi Avstraliyadakı Henderson gəmiqayırma zavodunda inşa edəcək.

“Austal” yeni katerlərin 2021-ci ilin sentyabrından başlayaraq 2023-cü ilin ortalarına qədər sifarişçiyə təhvil verəcəyini açıqlayıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş