Avropa polisi “DroneGun Tactical” antidron silahını seçdi

Avropa polisi “DroneGun Tactical” antidron silahını seçdi

Avstraliyanın “DroneShield” şirkəti Avropa Birliyinin polis qüvvələri üçün “DroneGun Tactical” antidron sistemləri tədarük edəcək.

Bu barədə “AzeriDefence”ə “DroneShield” şirkətindən məlumat verilib.

Şirkət Benilüks regionundakı tərəfdaşı “ForcePro BV” şirkəti ilə birlikdə qatıldığı tenderin qalibi olduğunu açıqlayıb.

Çərçivə sazişinə əsasən, “DroneGun Tactical” silahının Avropa Birliyi daxilində bir sıra polis bölmələrinə verilməsi gözlənilir.

Şirkət “DroneGun Tactical” antidron silahı ilə yanaşı yaxın perspektivdə “RfPatrol” portativ dron detektorunun və digər məhsullarının da Avropanın hüquq-mühafizə orqanlarına satışına imkanlar açıldığını qeyd edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş