Avstraliya Ordusu “Boxer CRV” maşınlarının ilk partiyasını təhvil alıb

Avstraliya Ordusu “Boxer CRV” maşınlarının ilk partiyasını təhvil alıb

Avstraliyanın Silahlı Qüvvələri 8×8 təkər formuluna malik “Boxer CRV” zirehli maşınların ilk partiyasını təhvil alıb.

Bu barədə Azeri Defence saytı “C4 Defence” nəşrinə istinadən məlumat verib.

2018-ci ildə Avstraliya Müdafiə Nazirliyi “Rheinmetall Defence Australia” şirkəti ilə 211 ədəd “Boxer CRV” zirehli maşınların tədarükünə dair müqavilə bağlayıb.

Müqavilə çərçivəsində Avstraliya Ordusuna tədarük ediləcək “Boxer CRV” maşınlarından 133 ədədi “Rheinmetall” şirkətinin istehsalı olab “Lance” qülləsi ilə komplektləşdiriləcək.

Yeni “Boxer CRV” transportyorları hazırda Avstraliyanın Silahlı Qüvvələrinin texnika parkında yer alan 257 ədəd ASLAV zirehli maşınlarını əvəz edəcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş