Avstraliya Ordusu yenə Bushmasteri seçdi

Avstraliya Ordusu Thales Avstraliya şirkətindən əlavə olaraq 214 ədəd “Bushmaster” nəqliyyat vasitəsini satın alacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Thales şirkəti məlumat yayıb.

Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 205 mln. Dollar təşkil edir.

Thales Avstraliya şirkətinin İdarə Heyətinin sədri Kris Cenkinsin sözlərinə görə, Avstraliya Ordusunun istifadəsində olan “Bushmaster” nəqliyyat vasitələri Əfqanıstanda özünü doğruldub.

Qeyd edək ki, hazırda 800-dən artıq “Bushmaster” nəqliyyat vasitəsi Avstraliya və Hollandiya Ordusu tərəfindən istifadə edilir. Nəqliyyat vasitəsi mobil olmaqla yanaşı yüksək ballistik müdafiəyə, mina və əldə qayırma partlayıcı qurğulara (IED) qarşı qorumanı təmin edir.

KATEQORIYA:
Bu xəbəri paylaş