Avstraliya “Thales” şirkəti ilə on illik müqavilə bağlayıb

Avstraliya “Thales” şirkəti ilə on illik müqavilə bağlayıb

Avstraliya Hökuməti ilə “Thales” şirkəti arasında silah-sursat tədarükü üçün on illik müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Thales Group” şirkətinə istinadən məlumat verib. Müqavilənin dəyəri 1 milyard AUD-dan çox təşkil edir.

Bildirilib ki, bu müqavilə Avstraliyanın müdafiə sənayesinin Avstraliya Müdafiə Qüvvələrinə (ADF) bir qabiliyyət üstünlüyü təqdim etməsi üçün vacib olduğunu göstərir.

“Bu müqavilə, Thales’in qarşıdakı 10 il ərzində 450 milyon AUD-dan çox ixracat və qeyri-ADF sifarişləri təmin etməsinə imkan yaradacaq, bu da Avstraliyanın dünyada döyüş sursatlarının istehsal qabiliyyətini nümayiş etdirir”, – deyə “Thales Group”un məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş