Avstriya “Eurofighter” döyüş təyyarəsinə görə “Airbus”u məhkəməyə verdi

Avstriya Müdafiə Nazirliyi “Airbus” şirkəti ilə bağlı məhkəməyə şikayət edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı paytaxt Vyanada keçirilən konfransda Avstriyanın müdafiə naziri Hans Peter Doskozil verib.

Nazir deyib ki, aparılan təhqiqat nəticəsində “Airbus”un “Eurofighter” döyüş təyyarələrinin satışı zamanı sonradan düzgün qiymət siyasəti həyata keçirmədiyi bəlli olub.

Hans Peterin sözlərinə görə, bu qanuna ziddir və məhkəmə predmeti olmalıdır.

“Airbus” şirkəti isə Avstriyanın müdafiə nazirinin ittihamlarına hələ cavab verməyib. Lakin şirkətdən bildirilib ki, onlar da problemin məhkəmədə mübahisələndirilməsinin tərəfdarıdırlar.

Məlumatda o da bildirilib ki, 2003-cü ildə Avstriya “Airbus” şirkəti ilə 15 ədəd “Eurofighter” döyüş təyyarəsinin alınmasına dair 2 milyard avro dəyərində müqavilə bağlayıb.

Sonradan isə Avstriya hökuməti “Airbus”un süni qiymət artımı  etdiyini və nəticədə 10 faiz artıq ödəmə edildiyi qənaətinə gəlib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş