AVT yeni antidron sistemini təqdim edib

AVT yeni antidron sistemini təqdim edib

İspaniyanın “Ascent Vision Technologies” (AVT) şirkəti yeni nəsil daşınan X-MADIS (eXpeditionary Mobile Air Defense Integrated System) antidron sisteminin son versiyasını təqdim edib.

Bu barədə “AzeriDefence” “Polygonjournal”a istinadən məlumat verib.

“CUAS Suite” proqramı əsasında hazırlanan yeni X-MADIS dronlarla yanaşı, minaatan və raketlərin yerinin aşkarlanmasında da istifadə oluna bilir.

Radar vasitəsilə aşkarlanan hədəf dron termal və gündüz kameraları sayəsində müəyyənləşdirilir, avtomatik izlənir. İzlənməyə başlayan dronun istiqamət və mövqe məlumatları sistemin digər elementi olan RF qarışdırıcı vasitəsi ilə təsirsiz hala gətirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş