AvtoKrAZ yeni MRAP-nı İDEX-2013 sərgisinə çıxarır

Ukraynanın AvtoKrAZ şirkəti BƏƏ-nin Ares Security Vehicles LLC firması ilə birgə IDEX-2013 sərgisində KRAZ-ASV/APC/2013 zirehli nəqliyyat vasitəsini nümayiş etdirəcək. Bu barədə “AzeriDefence” AvtoKrAZ şirkətinin saytına istinadən məlumat verib.

Yeni zirehli nəqliyyat vasitəsi 4×4 formullu KrAZ-5233VE avtomobilinin şassisi üzərində yaradılıb.

Tam ötürücüyə malik zirehli avtomobil güclü dizel mühərrik ilə təchiz edilib. Maşının ballistik müdafiəsi STANAG 4569 Level 2, partlayışa qarşı müdafiəsi isə STANAG 4569 Level 3 səviyyəsindədir.

Çoxməqsədli nəqliyyat vasitəsi hərbi bölmələrin daşınması üçün nəzərdə tutulub. Maşınlar müasir silahlar, həmçinin aktiv və passiv müdafiə vasitələri ilə təchiz edilib.

Artıq istehsalçı firma yeni nəqliyyat vasitəsi üçün adı açıqlanmayan müştəridən sifariş alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş