Avtonom silah sistemlərinin yaratdığı təhdidlərə həsr olunmuş mətbuat konfransı keçirilib

Avtonom silah sistemlərinin yaratdığı təhdidlərə həsr olunmuş mətbuat konfransı keçirilib

Dünyanın texnoloji cəhətdən inkişaf etmiş ABŞ, Çin, İsrail, Cənubi Koreya, Rusiya və Böyük Britaniya kimi ölkələr ölümcül təsirli avtonom silah sistemləri üzərində aktiv şəkildə işləyir.

“AzeriDefence”nin məlumatına görə, bu gün “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi avtonom silah sistemlərinin yaratdığı təhdidlərə həsr olunmuş mətbuat konfransı keçirib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, bu tipli silahların istehsalı qərarların qəbulunda insan faktorunu nəzərə almır və nəticədə bütün qərarlar avtonom şəkildə fəaliyyət göstərən robot silahlar tərəfindən qəbul edilir.

“Artıq ekspetlər bildirilər ki, heç bir ölkə bu cür robot silahların gözlənilməz kütləvi hücumu qarşısında dayana bilməyəcək. Çünki bu tipli silahlar insalardan daha tez hədəfi müəyyən etmək və məhv etmək bacarığına malikdir. Həmçinin bu silahların fəaliyyətinə insanlardakı güclü inkişaf etmiş özünümüdafiə instinkti kimi faktorlar da maneə ola bilməyəcək. Beləliklə tobot silahların yaradılması və istifadəsi çoxsaylı etik, texniki, hüquqi və təhlükəsizlik problemləri yaradacaq. İnsan müdaxiləsi olmadan özü idarəolunan süni zəka sialahları bəşəriyyət üçün faciəli nəticələrə gətirib çıxaracaqdır”, – deyə H.Səfixanov vurğulayıb.

H.Səfixanov bildirib ki, bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşğul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağrışlar edirlər.

“Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycanın da aktiv iştirak etməsinin təmin olunması üçün Azərbaycan hökümətinin müvafiq strukturlarının iştrakını vacib hesab edirik”, – deyə H.Səfixanov vurğulayıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş