AW169 sınaq uçuşlarına başlayıb

“Augusta Westland” şirkəti yüngül çəkili AW169 helekopterinin ilk uçuşunu həyata keçirib.

“AzeriDefence”nin məlumatına görə, çəkisi 4,5 ton olan uçuş maşını yeni nəsil helekopterlərinə aiddir. AW169 iki mühərriklə çalışır və helekopterin ilk nümayişi 2010-cu ildə həyata keçirilib.

Artıq 50 ədəd helekopterin alınması üçün müəssisəyə sifarilş qəbul olunub. AW169-a uçuş sertifikatının verilməsi isə 2014-cü ildə planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş