Azərbaycan FHN-in əməkdaşı Russiyada keçirilən tədbirdə iştirak edib

Azərbaycan FHN-in əməkdaşı Russiyada keçirilən tədbirdə iştirak edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri  Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin müasir mərhələsi, dağ və dəniz xilasetmə texnologiyasının gələcək inkişafı” mövzusunda beynəlxalq konfransda iştiak ediblər.

Bu barədə “AzeriDefence”yə FHN-dən məlumat verilib.

Tədbirə MDB-yə üzv ölkələrlə yanaşı bir sıra Avropa ölkələrinin fövqəladə hallarla mübarizəyə cavabdeh olan nazirlik və qurumlarının nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Nazirliyin müvafiq qüvvə və vasitələrinin qonşu ölkələrdə baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən də bəhs edib.

Konfransda çıxış edənlər beynəlxalq əməkdaşlıq çərçivəsində bu tədbirin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin mühümliyindən bəhs ediblər. Tədbir iştirakçıları axtarış-xilasetmə işlərinin prinsipləri haqqında müzakirələr aparıb, dağ-meşə massivində və su hövzələrində xilasetmə işləri ilə bağlı suallara cavab tapmağa çalışıblar.

 

KATEQORIYA:
Bu xəbəri paylaş