Azərbaycan hərbçiləri Moskvada hərbi paradda

Azərbaycan hərbçiləri Moskvada hərbi paradda

Bu gün Rusiyanın Moskva şəhərində İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi parad keçirilib.

“Azeri Defence”nin məlumatına görə, hərbi paradda keçmiş SSRİ respublikalarının bəzilərindən hərbi qulluqçular iştirak edib.

Parada qatılan Azərbaycan Ordusunun 75 hərbi qulluqçusu tribuna önündən keçib.

Azərbaycan hərbçiləri yerli müəssisədə yığılmış AR-15 “Aztex” avtomatı ilə silahlanmış şəkildə keçid ediblər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş