Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq dalğıc kursunda iştirak ediblər

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq dalğıc kursunda iştirak ediblər

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Xilasetmə və Sualtı Əməliyyat Komandanlığının Sualtı Təlim Mərkəzində Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq dalğıc kursu keçirilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün sosial media hesabında məlumat yayıb.

Beynəlxalq dalğıc kursunu müvəffəqiyyətlə başa vuran Azərbaycan, Qazaxıstan, Qambiya və Şimali Kipr Türk Respublikasının hərbi nümayəndələri üçün məzuniyyət mərasimi keçirilib.

Qeyd edək ki, beynəlxalq dalğıc kursunda Azərbaycan Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 16 hərbi qulluqçusu iştirak edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş