Azərbaycan hərbi təyinatlı məhsul ixracını 5,5 faiz artırıb

Azərbaycan hərbi təyinatlı məhsul ixracını 5,5 faiz artırıb

Ötən il Müdafiə Nazirliyi və digər güc strukturlarının sifarişlərinə əsasən bağlanılmış müqavilələr üzrə 84 735,3 min manat məbləğində, müdafiə təminatların istehsalı, təmiri və utilizasiyası təmin edilib və sifarişçilərə təhvil verilib.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

2019-cu ildə 9 adda 1148 ədəd atıcı silah və digər əmlakın təmiri üzrə 133,9 min manatlıq müqavilələr imzalanaraq, hesabat dövründə tam yerinə yetirilib. Həmin dövrdə 405,7 min ədəd 102 adda müxtəlif məmulatın utilizasiya üçün 102,9 min manatlıq müqavilələr imzalanıb və icra olunub.

Hesabat ilində pilotsuz uçuş aparatlarına ödənilmiş 52,3 milyon manat vəsait nəzərə alınmaqla cəmi 137 milyon manat dəyərində məhsul sifarişçiyə təhvil verilib.

Müəssisələrdə mülki məhsulların istehsal həcminin və ixrac potensialının artırılması istiqamətində müəyyən addımlar atılıb. 2018-ci illə müqayisədə 2019-cu ildə müdafiə sifarişi üzrə ixrac əməliyyatların xüsusi çəkisi 5,5 faiz artıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş