Azərbaycan ilə Misir arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Misir arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Martın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misirin Azərbaycandakı səfiri Adel İbrahim ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ilə Misir arasında mövcud dostluq münasibətlərinin iki dövlətin maraqlarına uyğun daim inkişaf etdiyini qeyd edən nazir hərbi sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki sabitliyə mənfi təsir göstərir.

Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə önəm verdiyini vurğulayıb.

Görüşdə tərəflər hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş