Azərbaycan ilə Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Cuniçi Vada ilə görüşüb.

Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat idmətindən məlumat verilib.

Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan Müdafiə naziri diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Azərbaycanda fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş